Modern.az

Elmar Məmmədyarov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edib

Elmar Məmmədyarov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edib

1 Fevral 2014, 22:38

Foto: ATƏT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO) / Siyasət

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə ATƏT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, ATƏT-in Bakıda layihə əlaqələndirici ofisinin fəaliyyətinin təşkili məsələləri müzakirə edilib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib.

Lamberto Zannier son günlər cəbhə bölgəsində atəşgəsin pozulmasından narahatlığını bildirib.

Nazir Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.


Modern.az
Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU