Modern.az

Bir bəla oldu, bu qız - Elnarə!!!

Bir bəla oldu, bu qız - Elnarə!!!

2 Fevral 2014, 23:22

Bir az dəlisov, bir az çılğın, bir az da əsəbi təsir bağışlayan Elnarə...     


Başqalarından ona görə fərqlənir ki, neyləsə  təbindən gəlir, özünü gizlədə bilmir. Onun üçün televiziyanın ekranlarında səlis, düzənli danışmaq çərçivəsi də yoxdur. Uzun illərdən bəri  Bakıda yaşasa da,  məhəlli dialektini, ləhcəsini saxladı. Nədirsə, elə olduğu kimi özünü təqdim etdi. Artıq 20 ilə yaxındır ki, bu qara qızla tanışam.  İlk dəfə Azərbaycan televiziyasına hörmətli jurnalist həmkarım Fəxrədin Hacıbəylinin  verilişlərinin birində mənim vasitəçiliyimlə  göründü. Şamaxıda bibimn həyətində bir nəclis qurduq. Elnarə Abdullayeva  ustadı tar çalan Mehman Mikayılovla çalıb, oxudular. Fəxrəddin Haçıbəyli də  Şirvanın övliyalarından bir veriliş hazırladı, həm də Elnarəni təqdim etdi. Sonra bir məsələnin üstündən Elnarədən küsb incidiyim də oldu... Ancaq nə olsun ki... səsinin ki, vurğunuyam.  Elnarə Abdullayeva musiqimizdə bir bəladır ki,  əksəriyyəti sözün yaxşı mənasında dəli edir... Səsi ilə...

Növbəti görüşümüz ötən ilin mart ayının sonunda Daşkənddə oldu. Qərib yerə elimin qızı qonaq gəlmişdi.  Evimə qonaq apardım, elə bu söhbət də  qışla- yazın ayrılığı zamanı başa gəldi.

Belə nəticəyə gəldim ki,  bir çox “modda olan” müğənnilərdən fərqli olaraq  dünyamızda baş verən ictimai siyasi hadisələrdən də xəbərdardır. Axı bu gün “ulduz” müğənnilərimizin çoxu danışanda ağızlarından “hörra” tökülür, böyük əksəriyyəti nəinki mahnısını ifa etdiyi müəllifləri tanımır, heç  oxuduqları mahnının sözlərini də doğru düzgün demirlər.

Allahın günahkar bəndələriyik...
        
Ailə dəyərlərinə çox yüksək qiymət verən həmsöhbətimdən soruşdum ki:

- Azərbaycanda şouda, muğamda saf qadın olaraq qalmaq mümkündürmü?!

- Olur, lakin çox çətin olur.

-  Mən səni  o saflığın mücəssiməsi kimi görürəm.

 - Azadlığı insana ona görə vermirlər ki, istədiyin hər hərəkəti edəsən. Ondan da yaxşı istifadə etməlisən.  40 yaşım var. Bu illər ərzində  cəmiyyətdə haqlı və haqsızlıqları görə- görə gəlmişəm. Səhfi hamımız edirik. Allah təala deyir ki, ağır günahları törətməyin ki, yüngül günahlarınızdan keçim.  İnsanı Allah insan qismində yaratdı ki, düzgün olsun,heyvanlardan fərqliəndirdi.

-  Allahın İnsana nəfəs  və həm də nəfis verdi.

- Allah hamımızı sevərək yaratdı, heç birimizi yaradarkən demədi ki, günah edin.

- Günahı  da  elə əvvəl Allahın yaratdığı insan  etdi, o almanı yedi. Və hamımız o günahdan yarandıq.  

- Bilirsiniz, bu təbiidir, günahdan yarandıq. Yenə deyirəm ki, dərrakəli  düşüncəli  insanlarıq. Günahdan yarandığımıza görə gərək günah eləməyək axı, biz dərk eləmişik axı, günahın  üstünə getməməliyik.

...Elnarə Abdullaeva  televiziyalarda dəvət aldığı proqramlarda cəmiyyətin  sosial problemlər içində boğulan, və ya bu problemlərin ağırlığından  səhvə yol verən  insanlarımıza bağırır, qışqırır, öz çərçivəsindən, öz baxış prizmasından öyüd  də verir.n Onun verdiyi öyüdləri isə nə  4 il təhsil sldığı Asəf Zeynallı adına musiqi kollecində, nə də ki, 5 il oxuyub  ali təhsil aldığı İncəsənət Universitetində öyrətməyiblər. Bu dərsi , məktəbi evlərində, kəndlərində,  boya başa çatdığı Şamaxının övliyalar uyuyan torpağında əxz eləyib.  Həyat yoldaşı Elxan Fərəcovu hər zaman ailəsinin başçısı sayır, baxmayaraq ki, Elxan institut bitirməyib. Belə bir fəqli evliliyin problem yaradıb yaratmadığını ona görə soruşuram ki, bəlkə kimsə nümunə götürsün, dözümlülük öyrənsin.  Deyir ki:

- Bəlkə də ali savadlı birisi ilə ailə həyatı qursaydım bu qədər rahat olmayacaqdım. Ailə imnadan, tərbiyədən gəlir. 

- İmanlı olmaq üçün mütləq namaz qılmaq lazımdır?

 - Yox, insanın qəlbində olur iman. O insana doğulanda südlə, qanla verilir.

 - Namaz qılırsan?!

- Namaz qılan durub onu deməz ki, mən Namaz qılıram. O insanın Allahla arasında olan iltifatıdır.

- Müsəlman namazı 5 dəfə qılmalıdır, 3 dəfə?

- 5 dəfə.  Quranda yazıblar, 5-dir.

- Elnarə insanların içərisində çətin adamır?

- Yox, necə görürsünüzsə eləcəyəm. Heç mən dəyişmədim. Məsələn, mən özümüm darta  bilmədim, lovğa gəzə bilmədim, lovğa geyinə bilmədim. Geyindiyimi lovğa göstərə bilmədim. Hər şeyə sadə, adi baxdım.  Həyatımda sevgi, gəzmək nədir, belə şeylər olmayıb. Heç ehtiyacım olmayıb sevgiyə... 20 yaşından sonra ailə qurmuşam. Qəlbimdə Allah sevgisindən başqa heç bir sevgi yoxdur. Ailəmi Allah rizası üçün sevirəm. Çox danışan- gülən, mehriban  adamam. Ancaq həddimi nə özüm aşaram, nə də özgəsinə imkan vermərəm.



Pul, bazar, dəyərlər, və bir də çox mətləblər

- Ən bahalı paltar, daş-qaşının qiyməti neçəyə olub?

- Mən çox bahalı paltar almamışam. Ən bahalı 10000 manat olub,  o da ki şubadır. Paltar isə 1500, heç 2000 manata  çatmayıb. Heyfim gəlir baha paltara verdiyim pula. Ona xərclədiyim pulu Allah rizası üçün xərcləyirəm.

- Daş qaşa həvəsin varmı?

- Alıram, həvəsim yoxdu taxmağa.  Heç bərbəzəyə də elə həvəsim yoxdur. Məndən olsa  toya qaloşla gedərəm. Rahatlıq xoşlayıram.

- Dünyada satılmayan heç nə yoxdur. Hər şey böyük pullarla alınır. Elnarəyə nə vaxtsa, böyük pullar təklif olundumu?

- Hər şey təklif olundu. Çox çətin vaxtlarımda da çox şey təklif olundu... satılmadım, özümü satlıq mal eləmədim. Mənə hər şeyi verən Allahdır. Mən yalnız Allahdan istəmişəm. Və bilirəm təmənnasız verən təkcə  O -dur.. Məndə bir görücülük var. Bilirəm ki, təmənnasız heç nə edilmir. Borc almışam. Sonra qaytarmışam.  Dövlətlər bir- birindən borc alır.

- Çox ehtiyacın var idi, borc istəyirdin?

- Bəli. 1-ci konsertimi hazırlayanda yaxşı pul tələb olunurdu, ansamblın uşaqlarının geyimi,  tərtibat,  filan...  məcbur oldum, evi qoydum banka, pul götürdüm. Sonra qaytardım. Sağ olsun camaatımız,, xalqımız, millətimiz.

- Elnarəyə 1 aya nə qədər pul çatır?!

- Mənə qalsa, 200 manat da çatır, nə lazmıdır ki, bahalı paltar almağı xoşlamıram, bahalı geyunməyi xoşlamıram, gəzməyə də elə meylim yoxdur. Geydiyimi də camaat xətrinə geyinirəm . Məcburiyyət şəklində qalıb  alıram ildə 2-3  dəfə paltarı. Uşaqlarımı  sarsaq- sarsaq yerlərə yeməyə aparmıram. Onlara pul vermirəm. Onları  tanındığıma görə geyindirmirəm. Birdən mən olmasam necə geyinəcəklər?

- Pula münasibətin necədir?

- Çox yaxşı... mən Allahdan çoxlu pul istəyirəm. Allah rizası üçün xırcləməkdən ötrü. 
    
- Allah rizası üçün  verdiklərinin içərisində ata, ana,  bacı-qardaş, qohum əqraba da varmı?

  - Olur, ancaq, çox vaxt allah evlərinin, məscidlərin təmirinə xərcləyirəm.

  - Məscidlərimizdə doludur dələduzlarla.

  - Yox şəxsən əllərinə vermirəm,  təmir etdirirəm. Nəsə alıb  aparıram.

  - Ailədə qazanılan  pulun azlığı-çoxluğunda fərq qoyulurmu?

   - Qətiyyən,... Bizdə elə fərq bilinmir, mən ondan gücü çatmayan heç nə istəməmişəm.

   - Bəs Elxan necə ,o sənə hər hansı hədiyyə almaq, sevindirmək üçün nəsə edirmi?

  -  Olur. Keçən dəfə deyir ki, gedib gül alım, ... Mənə lap ev  boyda gül ver fərqi yoxdur. Gülü niyə alırsan, sən? Ona məsrəf etdiyini 1 qəhvədan alıb məscidə qoyarsan.

 - Nəyə həsəd çəkirsən?

 - Ən inamlı insanlara, Allah dostlarına həsəd çəkirəm.

 - Onlar kimdir? Necə olur onlar?

- Onlar çox vaxt Türkiyədə  olurlar, Allah rizası üçün yaşayırlar. Milyonları var, amma dünya nemətlərindən  özlərinə çatacaq qədər istifadə edirlər. Öz mal- dövlətini Allahın rizası üçün , Allah yolunda, yetim-yesirə dağıdırlar, ehtiyacı olanlara ev tikib, şərait yaradırlar.



Mən bir tərki dünyayam ki...

- Muğam sənin üçün nədir?

- Əvvəllər muğama sənət kimi baxırdım. Sonradan muğam mənim üçün dərrakəli, yaşlı, müdrik bir insana çevrildi. Muğama bir canlı, ruh kimi baxmaq lazımdır. Onda, O səninlə dost olacaq.  Ruhum təbiətim qocadır,  daxildən 80-85 yaşım var.  Mən cavan olmamışam, mənim 17, 18, 20 yaşım olmayıb. Mən elə yaşlı doğulmuşam.

- Elnarə niyə oxuyur? Oxumaq sənin üçün nədir? Ruhunun  ehtiyacıdır, ya nədir?! Sən oxuyanda insanları həyəcanlandırır, bəzən də qəm dəryasına batırırsan.

- Mən oxuyanda, heç özüm bilmirəm harda oluram. Ona görə insanların harda olmasından xəbərim olmaz.

- Bu Şirvan oxuyanların çoxsu ruh oxuyanlarıdır, elədirmi?

- Belə bir rəvayət var:  Biri  Şirvandan gedir  Məkkə ziyarətinə.  Görür ki,  Məkkədə dua edəndə deyirlər  ki, azar-bezar getsin Şirvana. Dərdini  Şirvana göndərənlərə soruşur ki, bu nə bəd duadır edirsiniz? Şirvanın dərdi azdır ki, Siz də dərd  göndərirsiniz.  Ziyarətçi qayıdıb nə desə yaxşıdır?! “ Adə, Şirvanda o qədər övliya var ki, onların ruhları dərd- bəlanı yerə enməyə qoymur.”  Ona görə deyirik ki, müqəddəs torpaqdır.  Ondan irəli gəlir yəqin.

- Özün bilməmiş olmazan. Səsin beyindən,  ruhundan , ya ürəyindən gəlir?! 

Vallah bilmirəm hardandır. Evdəkilərimizin hamısının səsi var. Və indiki oxuyanların hamısından da yaxşı oxuyurar. Ancaq sənəti mən seçdim.

- Elnarə özünü heç kimə oxşatmadı. Öz yolu, oz stili var.

- O da Allahın sevgisidir.

- Rəhmətlik Qədir Rüstəmov bu qədər oxuyanın içərisində bir neçə görkəmli müğənnini, ustadı və bir də səni çağırmışdı oğlunun toyuna oxuyan kimi. Nə sirridir?

- Qədir Rüstəmov..  Allah rəhmət eləsin, məni çox istəyirdi.

- Ruh adamı olasan, özün də Şirvandan olasan. Elnarənin ruhu sərgədandır?

- Məni övliyaların ruhu qoruyur. Tərki dunyayam, sərgədan deyiləm. Qəlbimdəki ruhla oxuyanda başqa bir aləmdə oluram. Gedib düşürəm ora. Bir də görürsən ki, ayaqlarım yerdən üzülür.

- Özün öz səsinə aşiq olursanmı o məqamda?

- Heç öz səsimə aşiq olmamışam.  İndi belə qanıram ki, Allah təala mənə fərqli səs verirb.

- Kənardan özünə baxıb, o səsi dinləyəndə nə fikirləşirsən?

- Baxmışam. Və bu nəticəyə gəlmişəm:  Ay Elnarə, daha nə istəyirsən, Allah sənə hamıdan fərqli bir nemət verib. Bir alışan , nəsə bir közərən  səsim var, onu hələ camaata verməmişəm. O qalır hələ.

- Nə olacaq o səs? Bəlkə Leylidə təcəlla edəcək o səs?

- Bilmirəm.

- Leyli ola bilərsən? İçində  daxilində bir Leyli yaşayırmı?

-Mən Leylini əvvəl başa düşməmişəm. Sonra başa düşdüm ki, Leyli dünyəvi sevgi deyil, ilahi sevgidir.

 - Nə zaman oxumaq istəyirsən Leylini? Niyə sənə növbə çatmır? Niyə səni seçib götürmürlər Leyli obrazını yaratmağa ?!

 -Yəqin qocalanda yadlarına düşərəm...  Elə əlaqələr qurmadım, qapılarda dayanıb boynumu bükmədim. Böyük əsəri yaradanlar özləri axtarıb tapmalıdırlar.  İndi kim kimi axtarır ki?!

 - Deyirlər ki, müğənnilər bir-birinin paxıllığını, həsədini çəkir.

 - Mən kimsənin paxıllığını çəkmirəm.

 - Bəs Elnarənin də paxıllığını çəkən varmı?

 - Elə insanlar elə sözlər deyib ki, mənim heç ağlıma gəlməzdi ki, o adam elə sözü danışar. Onlar mənim haqqımda danışırlarsa, deməli çəkinirlər. Bir dövlət tədbiri olanda bəzi müğənnilər var ki, deyirlər ki, neynirsiniz Elnarənin oxumasını?. Ağaxan əminin ad günündə bütün  oxuyanlar orda idi. Xalq artstləri, əməkdar artistlər.. Yubiley gecəsinin sonuna yaxın idi. Tamaşaçılar çox yorğun görünürdü. Mənə də Ağaxan əmi demişdi . Rəsmi dəvət gəlməmişdi. Tədbiri təşkil edən desəydi, yenə kimsə qabağıma sədd atacaqdı. Mən də tamaşaçıların ruhlarını  incitməməkdən ötrü çıxdım səhnəyə ki, camaatın yorulan vaxtı, mənə kimdi əl çalan.  Səhnədə görünməyimlə  əl çaldılar. Muqisi qurtardı əl çaldılar, səhnədən getdim əl çaldılar. Konserti təşkil edənlərdən biri dedi ki, sən neylədin ki, sənə elə əl çaldılar? Yubilyarı təriflədin? Cavab verdim ki, yox, OXUDUM!!!

 - Elnarə həmişə oxuyur?

 - Oxuyuram.  Bir də görürsən ki,fikirləşirəm ki, ürəksiz oxuyacam. Bir- iki ağızdan sonra  baxıram ki, gedirəm. Mən bir dəfə oxuduğumu ikinci dəfə oxuya bilmirəm. Heç vaxt biri o birinə bənzəmir. Fonoqram  oxuya bilmirəm

 - Elnarəni  çərçivəyə salmaq olmaz.

 - Mənim öz azadlığım var. Məni çərçivəyə salmaq olmaz. Mənim çərçivəm normaldır, böyükdür.

 -  Həyat yoldaşın da verib də o azadlığı?!

 - Həyat yoldaşım nə deyəcək  mənə?! Düşük-düşük danışmıram. Qazandığım pulu aparıb gecə barlarında xərcləmirəm.   Ağlım əskiy deyil ki, o mənə nəsə desin.

Milli dəyərlərimiz və demokratiyamız

-  Elnarə Abdullayeva mühafizəkardır?

- Əlbəttə. Bəzən bizim kişiləri qınayırlar, kimə qarşısa  pis hərəkət etdiyini deyirlər. Mən dünyanın hər yerində yaşayan Azərbaycan kişilərini nəzərdə tuturam. Bizim kişilər o qədər tərbiyəlidir ki, dönüb baxmasan sənə bir kəlmə başqa söz deməzlər. Hər yerin dəlisi, ağıllısı var. Ancaq o şəxs xarakterini biləndən sonra, sənə baş əyir.

- Zeynəb Xanlarova, Rübabə Muradova. Digər sənət korifeylərimiz dalaşmadılar. Bəlkə də dalaşdılar. Bunu kimsə bilmədi. Ancaq Elnarə Abdullayevanın da adı şou biznes qalmqalında çəkilmir...

- Mən elə  imkan vermərəm axı kimsə nəsə desin. Sənətlə  bağlı gəl danişaq.  O bir biri ilə dalaşanların  bölüşə bilmədikləri birgə malları olur.

- Nə maldır o elə?!

- Kişi malı. Bölüşə bilmədikləri yalnız budur. Mənim bu xanəndələrlə nə işim ola bilər.

Bütün bunlara baxmayaraq, Azərbaycanın  böyük sənətkarları Elnarəni seçirlər... Bu gün Azərbaycanın düşünən beyinləri, mənəm-mənəm deyən akademikləri, dövlət məmurları, seçirlər, bilirlər Elnarə var.

- Cəmiyyətin həm də varlı, pulu ilə seçilən  təbəqələrinin  məclislərinə dəvət alır  Elnarə Abdullayeva. Yeri gəlmişkən bir məsələni də soruşum. Biz junalistlər, qələmlə vuruşa-vuruşa, ən çox alanda 1000 manat aylıq alırıq. Ancaq  disklə mahnı oxuyan bir gərəksiz müğənni,  oranjemanla özünə səs “alan” ,  qondarma səslə oxuyan , və ya arvad paltarı geyinən , qaşını alan birisi deyir ki, mən bir toyda 20 min manat pul alıram. Bu necə hesabdır, bu nə mizan- tərəzidir?

- Olur... Tək-tək  hallarda elə şeyər olur. Özü də əksəriyyət pulundan bezən adamlar verirlər elə  adamlara pulu. Çoxu isə yalan deyir. Ən baha qiymətləri yarım , bir saat üçün 4 min manat olur.

- Elnarəyə  də verirlərmi   20 min manatı?

- Verməyəndə alıram. Onda, şorla balın nə fərqi olar ki?

- Mən belə düşünürəm ki, gərək toy sahibi də özünə  layiq olanı gətirir  məclisinə...

- Kişi qadınının, ailəsinin  yanına tərbiyəli birisini gətirməlidir. Lüt paltarla şəkil çəkdirənləri necə gətirirsən cəmiyyətin, dostlarının içinə.

- Gəlin gətirir oğlan, baxırsan ki, gözəl göyçək qızdır, sinə də belədən-belə açıq. Qolları açıq. Fatanı da içəri girəndən sonra başından atır. Bəydən qabaq qonaqlar görür. Sənə elə gəlmir ki, elə ailələrin dağıldığı gün həmin toy gecəsi qurulmamışdan başlayır?

- Gəlinin fason fason şəklini göstərərlər xalxın kişilərinə. Uzandıqları yerdə, qaçdıqları yerdə. Ona görə dağılır da dünya. Əvvəllər ata- babalarımız, şəkil çəkdirmişdi, slayd göstərmişdi?! İnkişaf  edəndə də belə olur da.

- Azərbayacna demokratiya lazım deyl də, sən belə fikirləşirsən?!

- Demokratiya o demək deyil ki, sən gedib lüt şəkil çəkdirəsən, ailədə demokratiya olar?!

Yox, ailədə demokratiya olmaz. Ailədə kişinin yumruğu olar, stolun üstündə, vurub deyər ki, yox!. Ailə nədi ki  demokratiya olsun, yeməyivi yeyirsən, gedirsən-gəlirsən, nə demokratiya?! Demokratik olmaqla nə istəyirsən?!  Təzə mod düşüb, ailəsindən ayrılan kimi başlayır oxumağa.. Oxuyub məşhur olmur, pozğunluq eləyib məşhur olub. Oxumağın adı bədnamdır. 70 ildir koxalıq edirəm, mən bir zibil səbətə qoya bilməmişəm. Səntim də şükür Allaha aləmə bəlli. 70 ildir mən niyə onlar alanı ala bilmirəm? Mən niyə o bahalı maşınlardan sürə bilmirəm, mən niyə o bahalı evlərdə yaşaya bilmirəm?! Mən niyə ad ala bilmirəm? Çünki çətinliklə, alın tərimlə başa gəlir.

- Elnarəyə də 120 min dollarıq  maşın təklif olunub?

- Niyə olunmayıb ki? Hələ indi 52 kilom var. Niyə eni 1 metr olanlara maşın təklif olunur, Elnarə istəmir. Elnarə bu  xalqın qadınlarına xəyanət eləməz!!! O maşını alıb verən kişinin evində ailəsi var. Anası var, bacısı var. Niyə xəyanət edirsən sən cammata, niyə qoymursan xalq dolansın? Nə var, nə var 120 min  dollarlıq maşın sürəcək... Allahın qədərində varsa, onu halal yolla yetirsin. Yetirmirsə, ölmüyəcəm ki, bahalı maşın sürən də ölür, “Zaporojest” sürən də ölür. İkisin də qəbrə eyni qoyurlar.



Elnarə yandırmağı sevir...
                                     

- Deyirlər dünyanın sonu gəlir, inanırsan?

- Qiyamətin əlamətləridir də... Deyirdilər ki, qadınların çox oxuduğu zaman qiyamət gələcək.

- Elnarə də o qadın oxuyanlardandır.

- Bəli. Vallah, fikirləşirəm ki, görəsən mənim halım o dünyada necə olacaq? Ancaq mən oxuyanda, geyinəndə kişilərdə şəhvət hissi oyatmıram axı. Allah günahımdan keçsin.

- Sən bir “Dərələyəz” mahnısı və bir də “Yatmıram ki, gecələr” mahnısı oxudun. Elə oxudun ki, Allah göstərməsin, elə bil mərəzə erməniləri yenə Şirvanı ələ keçirib. Elə bil ki,   Qarabağda sən doğulmusan, elə bil ki, o gedən sənin kəndindir?

- Elə də bilirəm. Vətənin torpağın o başı -bu başı yoxdur mənim üçün.  Qarabağın adı gələndə dəli oluram. Desələr ki, bir sən olmamaqla Qarabağ  qayıdar, özümü öldürərəm ki, təki Vətən qayıtsın.  Torpağımızın parçalanmağı məni yandırır.

-  Ən çox  nə kövrəldir səni, marqlı nə yadında qalıb səfərlərindən?

- Mən xaricə gedəndə paxıllıq hissi keçirirəm. Belə şəhərlərin təmizliyinə, səliqəsinə. Gözəlliyinə.  Bizdə hər şeyi gözəl düzüb, qurub-qoşurlar. Ancaq biz onu  qoruyub saxlaya bilmirik.

- Başqa xobbilərin?

- Dini kitabları mütaliə edirəm. Fatehlər  haqqında, tarixi şəxsiyyətlər haqqında kinolara baxmağı  xoşlayıam.

-  Demək içərində bir fateh yaşayır. O Fatehi böyüdəcəksənmi? Elnarə adlı Muğam fatehi ola bilərmi? Elnarə fəth edə bildimi?

- Hələ fəth etməmişəm. O şahların ki, bir arzusu olardı ki, hansısa ölkəni tutsunlar. Mənim də qəlbimdə fəth edəcəyim,  məmləkətlər, torpaqlar var.

-  Baxmayaraq ki, çox layiq olmayanlara “Əməkdar artist”, “Xalq artisti”  adları verilir. Sonra həmin “ünlülər” biədəb şəkillərlə bir birini şantaj edir, və özlərinin xalq artisti olmalarından qürur duyurlar.

- Mən Vətənə o ada görə xidmət etmirəm. Vətənimə yük olmağı xoşlamıram. .

- Ancaq yük çəkirsənmi?

- Çəkirəm, özü də gücüm yetməyən yükləri çəkirəm.

- Onda Elnarə bir qarışqa misallıdır?

- Ola bilər. Mən bu günləri  ona görə oxumuram ki,  mütləq ad versinlər.  Xalqa məxsus olan mədəni sərvətimizi yaşadıram. Özümün ruhum var. İnnaıram ki, gücüm çatmayanda, yaşlaşanda dövlət mənə baxar.  Qoy dövlət evi olmayanlara ev versin. Azərbaycan millətinin buna haqqı var. Yoxsa bizim oxuyanların 5 evi olanda, birini də dövlətdən istəyirlər, ya  nə yollasa alırlar. Olmaz ki, onu bir ehtiyaci olana versinlər ki, Allaha da xoş getsin?!

- Qədərindən razıdır Elnarə?

- Şükür. Allahın qədərinə şükür. Allah təala bizim hamımızı cənnətdə görüşdürsün. Qədər nədir?! Evim , ailəm var, maşınım var... Bir dünya qədər hörmət verib Allah... Daha nə lazımdır ki?! Hər kəsin gözünün içinə dik baxa bilirəm.

- Elnarə yandırmağı sevir.

- Mən bilə-bilə etmirəm ki... Bilə-bilə  oxuyum ki, kimsə ağlasın, bu sənət deyil axı...

- Deyirsən bir qəzadan qurtardın. Şükür Allaha ki, şikəst qalmadın. Bir fəasd olsaydı, Elnarə o oturaq həyata öyrəşə biləcəkdimi?

- Yəni Allaha tapınmaqla, dünyamı, yaşadığım bu həyat tərzimi dəyişərdim.

-  Elxan çəkərdimi o yükü?

- Bilmirəm...

- Bəs Elnarə?

- Çəkər. Mənim, bir normal dədə- baba ailəm var.  Heç kim çəkməsə də özümüzünkülər çəkər.

- Şirvanlılardan kimin səsini sevirsən? Sənətkarlardan kimlərə pərəstiş edirsən?

- Hasmısına.

-  Onlardan öyrənirsənmi?

- Hələ nə bilirəm ki?


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi