Modern.az

Kolleclərdə müəllim hazırlanmaz - Komitə sədri

Kolleclərdə müəllim hazırlanmaz - Komitə sədri

Təhsil

10 Aprel 2025, 15:42

"Kolleclər sovet dönəminin məhsuludur. İndi sovet idarəçiliyi yoxdur, üstəgəl, müstəqilliyimizdən otuz ildən çox vaxt keçir. Məsələn, niyə Tibb Kolleci Azərbaycan Tibb Universitetinin tərkibində olmasın? Sovet dövründə vacib ixtisaslara tələbat çox böyük olduğu üçün texnikumlar da kadr hazırlığı aparır, mövcud ehtiyacı bu yolla ödəyirdi. Artıq bu müəssisələr müstəqil fəaliyyət göstərməklə dövrün tələblərini yerinə yetirə bilmir".

Modern.az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib.

O bildirib ki, Tibb Kollecinin tələbəsi təcrübə keçəndə çətinliklərlə üzləşir, çünki xəstəxana və xəstə baxımından çətinlikləri olur. Amma Tibb Universiteti isə bütün imkanlara – maddi-texniki bazaya malikdir.

"Digər tərəfdən, 90-cı illərin əvvəllərində çoxlu sayda insan saxta kollec diplomu əldə etdi. Bu da ağrılı problemimizdir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi