“Müsavatın bir nəfər üzvü Milli Şurada kommisiya sədri idi. Qubad İbadoğlu tanınmış mütəxəssisdir. Qubad bəyin iqtisadi biliklərindən Milli Şura səmərəli istifadə edirdi. Seçki dövründə də Qubad bəy Milli Şuraya dəstək oldu. Müsavat Partiyası Milli Şuranı tərk etdikdən sonra həmin komissiyaya sədr təyin olunmayıb”.
Bunu Modern.az-a Milli Şuranın sədri Cəmil Həsənli deyib. O bildirib ki, Milli Şuranın komissiya sədrlərindən ibarət iclaslarda komissiyalarla bağlı məsələlər müzakirə edilir:
“Burada kommisiyaların işinin təşkil edilməsi, işgüzar mühitin yaradılması istiqamətində müzakirələr aparılır. Bir neçə komissiyanın formalaşması başa çatmayıb. Ola bilər, bir neçə komissiya birləşdirilsin. Hesab edirik ki, komissiyaların çoxluğuna ehtiyac yoxdur. Milli Şura yaradılarkən o adamların təmsil olunmasının stimullaşdırılması üçün komissiyaların sayı çox oldu. Düşünürəm ki, Milli Şurada Ekologiya komissiyasına ehtiyac yoxdur. Çünki cəmiyyətin ekologiyasında o qədər görəcəyimiz işlər var ki, Milli Şura təbiətin ekologiyası ilə məşğul ola bilməz. Məsələn, İqtisadi siyasət komissiyası ilə Sosial siyasət komissiyasını birləşdirmək olar”.
İlkin