Modern.az

Məsuliyyət

Məsuliyyət

Ədəbiyyat

11 Aprel 2025, 10:54

Soltan Yol

Məsuliyyət – ruhu və bədəni ağır yüklərə öyrətməkdir. 

Məsuliyyətin nə qədər çoxdursa, sevincin bir o qədər artıqdır.

Həqiqi azadlığa yalnız məsuliyyətlə yetmək olar. 

Özünə məsul, cavabdeh olmağa borclusan. 

Məsuliyyətin yoxdursa, yoxsan! 

Məsuliyyətin varsa, varsan! 

Məsuliyyət –  özünü unutmamaq, həmişə və hər yerdə nəzarətdə saxlamaq, kim olduğunu yada salmaqdır. 

Məsuliyyət –  özüylə barışmamaqdır. 

Məsuliyyət –  daim öz içinə bağlı qalmaq, ondan bir an da ayrılmamaqdır. 

Məsuliyyət –  insan olmaq, insan kimi yaşamaq səbəbidir.

Məsuliyyət –  daim indiyə, bu ana bağlı qalmaqdır, ondan ayrılmamaqdır. 

Məsuliyyət –  adamı insanlaşdırır, məsuliyyətsizlik – heyvanlaşdırır.

Məcburiyyət – məsuliyyətin yarağıdır. 

Məsuliyyət olan yerdə hökmən məcburiyyət var. 

Məsuliyyət olmasa, məcburiyyət olmaz. 

Özünə məsul olmağa məcbursan.

İnsan olmağa, insanlaşmağa məsulsan, məcbursan. 

Məsuliyyət məcburiyyət tələb edir. 

Məcburiyyət  həm də imtinadır. 

İmtina etməyə məcbursan, çünki məsuliyyətlisən. 

Özünə məsul olmayan imtina edə bilməz. 

Özündənayrılma – insanlaşma məsuliyyətini itirməkdir. 

Məsuliyyətini itirmək – insan olmaq istəməməkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu