“Bir neçə gün əvvəl üzərinə benzin tökərək intihara cəhd edən Məleykə Bayramlı əməliyyat olunub”. Bunu Modern.az-a 5 saylı şəhər Klinik Xəstəxananın şöbə müdiri Vüqar Ələkbərov bildirib. “Bu, eskaratomiya əməliyyatı idi. Sabah ikinci bir əməliyyat keçirəcək”.
V. Ələkbərov bunun yanmış toxumaların bərpasına yönəlik bir əməliyyat olduğunu bildirdi.
” Bu əməliyyat mütləqdir. Çünki yanmış toxumalar qaldıqca infeksiyalaşır, qana keçir və xəstə yaşama ehtimalını itirir. Qidalanması damardaxili, həm dəm oral yolla həyata keçirilir. Məleykə oyaq vəziyyətdədir. Ümumiyyətlə, yanmış xəstələrin oyaq olması onların yaşam mücadiləsi verməsi üçün önəmlidir. Çünki komaya girən xəstəni geri döndərmək əksərən mümkünsüz olur. Reanimasidadır, vəziyyəti stabil ağır olaraq qalır”.
Qeyd edək ki, ilkin araşdırmalara görə, 24 yaşlı M. Bayramlı Əli Həbibli adlı bir nəfərlə yaxın ünsiyyətdə olublar. Onun intihar etməsində təqsirkar bilinən Ə.Həbibli saxlanılıb. Fakt üzrə Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Gülşən Raufqızı