Modern.az

Ərdoğan azərbaycanlı alimi vəzifədən ÇIXARDI

Ərdoğan azərbaycanlı alimi vəzifədən ÇIXARDI

Ölkə

11 Aprel 2025, 11:34

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına təyinatlar açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə məlumat "Rəsmi Qəzet"də dərc olunub.

Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına təyinatlarda indiyə kimi bu qurumda yer alan azərbaycanlı alim - professor Aygün Attarın adı yoxdur.

Xatırladaq ki, Aygün Attar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 6 fevral 2021-ci il tarixli əmri ilə Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edilmişdi.

Professor Aygün Attar daha əvvəl Türkiyədə Giresun Universitetinin rektoru olub.

Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına təyinat almadığını Aygün Attarın özü də təsdiqləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?