Özünü yandıran 2-ci qrup əlil Nizami Xəlilov reanimasiyadadır. Vəziyyəti ağır, stabil olaraq qalır. Bunu Modern.az-a 5 saylı şəhər Klinik Xəstəxanadan bildiriblər.
Xəstəxananın şöbə müdiri Vüqar Ələkbərov Xəstənin vəziyyətindəki son dəyişikliklər haqqında məlumat verərkən qeyd edib ki, hazırda N. Xəlilovun ön toxumalarının sarğıları təmizlənir. “O, əməliyyata hazır deyil. Çalışdığımız odur ki, xəstə komaya girməsin. Bu şəkildə davam edərsə onun əməliyyat olunmasına qərar veriləcək”.
Qeyd edək ki, Nizami Kərimov yanvarın 27-də səhər saatlarında Yevlax rayon Sosial Müdafiə Mərkəzinin qarşısında intihara cəhd edib.
Gülşən Raufqızı