Modern.az xəbər verir ki, “Yeni Müsavat” qəzetinin İsveçrədə mühacirətdə olan müxbiri Elbəyi Həsənli 10 ildən sonra Azərbaycana qayıdıb. Bu barədə qəzetin baş redaktoru Rauf Arifoğlu məlumat verib. E.Həsənli ailəsi ilə birlikdə Bakıya gəlib və artlq “yeni Müsavat”ın redaksiyasında işə də çıxıb.
E.Həsənlinin həmişəlik qayıtdığı bildirilir.
Qeyd edək ki, E.Həsənli 2004-cü ildə Azərbaycanı tərk edərək, ailəsilə birgə İşveçrəyə mühacirətə getmişdi.