Modern.az

Ermənistan-Türkiyə sərhədinin açılmasında irəliləyiş yoxdur - Kılıç

Ermənistan-Türkiyə sərhədinin açılmasında irəliləyiş yoxdur - Kılıç

11 Aprel 2025, 16:06

"Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində irəliləyiş yoxdur".

Modern.az xəbər verir ki, bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç  RİA Novosti-nin sualını cavablandırarkən deyib.

Erməni tərəfi ilə növbəti danışıqların tarixinə gəlincə, Kılıç bəyan edib ki, Türkiyə tərəfi prosesi inkişaf etdirmək istəyir və Ermənistanla təmasdadır. Lakin danışıqlar üçün konkret tarixlər hələlik müəyyən edilməyib.

Qeyd edək ki, bu gün Antalyada keçirilən diplomatik forum çərçivəsində iki ölkənin xüsusi nümayəndələrinin görüşü baş tutub. Ermənistan nümayəndəsi, Milli Assambleyanın sədr müavini Ruben Rubinyanın qiymətləndirməsinə görə, görüş müsbət keçib.

Xatırladaq ki, 2022-ci ildə Ermənistan və Türkiyə nümayəndələri sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması barədə razılığa gəliblər, lakin siyasi qərarın olmaması səbəbindən sərhədlər indiyədək bağlı qalıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI