Modern.az

Deputatın qohumu qarda donaraq ölüb

Deputatın qohumu qarda donaraq ölüb

3 Fevral 2014, 13:03

Paytaxtda bir neçə yerdə sığınacaqlar təşkil olunsa da, son günlərin qarlı qış gecələrində soyuqdan donaraq dünyasını dəyişənlər də az olmadı.
Movqe.az-a daxil olan məlumata görə, iki gün öncə Azərbaycanın millət vəkili Zahid Orucun yaxını da qarlı-şaxtalı havada faciəli şəkildə dünyasını dəyişib. Millət vəkilinin 42 yaşlı yaxını gecə işdən çıxaraq evə gələrkən buz üstə sürüşərək huşunu itirib.

Köməksiz vəziyyətdə səhərə qədər buzun üstündə qalan həmin şəxs donaraq ölüb. Millət vəkili ötən bazar günü yaxınının yas məclisində iştirak edib. Həmin şəxs Heydər Əliyev adına Hava Limanında çalışırmış.

Məlumat dəqiqləşdirilmək üçün Zahid Orucla da əlaqə saxlanılıb. Millət vəkili xəbəri təsdiqləyərək hadisənin bir faciə olduğunu söyləməklə kifayətlənib. Eyni zamanda dünyasını dəyişən şəxsin ona yaxın insan olduğunu və ötən bazar yas mərasiminə qatıldığını da təsdiqləyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU