Modern.az

Bayramov Şimali Kiprli həmkarı ilə regionu müzakirə etdi

Bayramov Şimali Kiprli həmkarı ilə regionu müzakirə etdi

Aktual

11 Aprel 2025, 22:14

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Şimali Kipr Türk Respublikasından olan həmkarı Tahsin Ərtoğruloğlu ilə görüşüb.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

Bildirilib ki, görüş zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq müzakirə olunub.

 

Nazirlər, həmçinin regional təhlükəsizlik barədə fikir mübadiləsi aparıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir