Modern.az

“Kəpəz”-“Araz-Naxçıvan” oyunu qolsuz başa çatdı

“Kəpəz”-“Araz-Naxçıvan” oyunu qolsuz başa çatdı

İdman

13 Aprel 2025, 19:35

Misli Premyer Liqasının XXX turunda “Kəpəz” “Araz-Naxçıvan”la heç-heçə edib.

 

Modern.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş qolsuz bərabərliklə yekunlaşıb.

 

Bu nəticədən sonra “Araz-Naxçıvan” hazırda 52 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Doqquzuncu yerdə olan Gəncə klubunun isə 28 xalı var.

 

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Qarabağ” “Səbail”i (4:1), “Turan Tovuz” “Sabah”ı (2:1), “Şamaxı” isə “Sumqayıt”ı (2:1) məğlub edib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər