50 il əvvəl Bakıda tanış olub evlənən, bu gün yaşları 90-nı haqlayan Ağamoğlan Nəbiyev və Gülfəruz Xusainova Lerikin Tikəband kəndində yaşayırlar.
Modern.az İTV-yə istinadən xəbər verir ki, cütlüyün 3 övladı, 17 nəvələri, 15 nəticələri var.
Gümrah, sağlam və xoşbəxtdirlər. Deyirlər ki, indiyədək təbii olmayan heç nəyi yeməyiblər. Özləri əkib-becərir və kənd məhsulları ilə qidalanırlar.
Təəssüf ki, Tikəband kəndinin güzəranı bu şirin cütlük kimi xoşbəxt deyil. Kənd sakinləri yolsuzluqdan və qazın yoxluğundan əziyyət çəkirlər.
Ətraflı aşağıdakı reportajda: