Modern.az

Bakıda 10 nəfəri don vurub - Təcili Tibbi Yardım Stansiyası

Bakıda 10 nəfəri don vurub - Təcili Tibbi Yardım Stansiyası

3 Fevral 2014, 14:38

“Şaxtalı hava ilə əlaqədar olaraq stansiyaya müraciət edənlərin sayı kifayət qədərdir”. Bunu Modern.az saytına açıqlamasında Bakı şəhəri Təcili Tibbi Yardım Stansiyasının operativ şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib. Onun sözlərinə görə, ən çox müraciət yanvarın 31-də olub.

“Səhər saat 08:00-dan başlayaraq gecə saat 1-ə qədər insanlar müxtəlif xəsarətlərlə bizə müraciət edib. Gündüz saatlarında müraciət edənlər əsasən qadınlar, saat 19:00-da sonra isə kişilər olub. Ümumilikdə havayla əlaqədar olaraq 35 müraciət daxil olub ki, onlardan 29 nəfəri xəstəxanaya yerləşdirilib”.

Z. Vahidova deyir ki, fevralın 1-i və 2-i stansiyaya müraciət edənlərin sayı nisbətən az olub.

 “Ümumiyyətlə, şaxtalı hava şəriti ilə əlaqədar 50-ə yaxın adam xəstəxanalara yerləşdirilib. Bunlar həyətdə, evinin qabağında, blokda yıxılaraq xəsarət alanlardır.

10 nəfər yaşayış yeri məlum olmayan ”bomj” gətirilib ki, onlardan biri donvurmadan xəstəxanada dünyasını dəyişib. Hamısı orta yaşlı kişilərdir. Qalanlarını aşağı ətrafların don vurması diaqnozu ilə xəstəxanaya yerləşdirmişik. Müraciət edən digər vətəndaşlar isə əsasən aşağı və yuxarı ətrafların qırıq və çıxıqları ilə daxil olub”.

Avtoqəzalardan xəsarət alanlara gəldikdə isə həkim bildirdi ki, fevralın 1-də 5 nəqliyyat hadisəsi baş verib. “Xəsarət alan 5 nəfər tərəfimizdən xəstəxanaya yerləşdirilib. Ayın 2-də 7 avtoqəza olub. Həmin qəzada 9 nəfər zərər çəkib ki, 7 nəfəri xəstəxanadadır, 2 nəfərə isə yerində yardım edilib”.

Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU