Modern.az

İsmayıllı rayonunda bu gün ikinci zəlzələ baş verib

İsmayıllı rayonunda bu gün ikinci zəlzələ baş verib

3 Fevral 2014, 15:02

Azərbaycanın İsmayıllı rayonunda zəlzələ baş verib.

Trend-in Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 14:43:44 -də Pirquludan 15 km qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Tikililərdə dağıntı yoxdur.

Bu gün səhər də İsmayıllı rayonunda 4 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, fevralın 3-də, yerli vaxtla saat 07:51:33-də Pirquludan 15 km qərbdə, İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. Tikililərdə dağıntı yoxdur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU