Modern.az

Goranboy və Ucarda açıq ərazidə yanğın - VİDEO

Goranboy və Ucarda açıq ərazidə yanğın - VİDEO

Hadisə

14 Aprel 2025, 09:52

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonunun Gülməmmədli və Ucar rayonunun Qazıqumlaq kəndlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumatlar daxil olub.

Bu barədə Modern.az nazirlikdən bildirilib.

Qeyd edilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Goranboy və Ucar rayon Yanğından Mühafizə hissələrinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI