Son günlərin qarlı-şaxtalı hava şəraiti Bakı şəhərinin sərnişindaşıma ilə məşğul olan nəqliyyat sektoruna da təsir göstərib. Nəqliyyatın işindən razı olanlar da var, narazılar da.
Modern.az saytı hazırda gündəmin əsas müzakirə mövzularından olan nəqliyyatın işi ilə bağlı sorğu keçirir. Sorğumuzda iştirak etmək istəyənlər saytımızın əsas səhifəsində ortadan aşağıda yerləşəm “Sorğular” bölməsindəki “Hansı nəqliyyat növünün işindən razısınız” sualının mümkün cavablarından birini qeyd edə bilərlər.
Sorğuda aşağıdakı nəqliyyat növlərinin adları qeyd olunub?
Avtobus;
Metro;
Taksi;
Dəmiryol qatarı;
Təyyarə;
Gəmi.
(səsvermə üçün saytın əsas səhifəsinə baxın)