Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko bəyan edib ki, ölkədəki daxili siyasi böhrandan çıxmağa yalnız ümümxalq dəyirmi masası kömək ola bilər.
Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, ölkənin üçüncü prezidentinin fikrincə, indi Rusiya ilə Avropa İttifaqı Ukrayna “kartı” ilə uduş əldə etmək istəyirlər. Yuşşenkonun sözlərinə görə, kim Ukraynada sülh və qarşılıqlı anlaşma istəyirsə, ümumxalq dəyirmi masasının təşkili ilə məşğul olmalıdır. Onun fikrincə, bu zaman onlarla vacib məsələ müzakirə olunmalıdır.