Modern.az

Dünyanın ən bahalı şəhərləri - SİYAHI

Dünyanın ən bahalı şəhərləri - SİYAHI

Aktual

14 Aprel 2025, 16:50

Dünyanın yaşamaq üçün ən bahalı şəhərlərinin siyahısı hazırlanıb.

Modern.az xəbər verir ki, “Time Out” nəşrinin məlumatına görə, siyahıya Monako başçılıq edir.

Bu şəhərdə 100-200 kv. m sahəsi olan mənzillərin hər kvadrat metri təxminən 39 minə başa gəlir.

Reytinqdə ikinci yerdə Nyu-York qərarlaşıb. Bu şəhərdə eyni mənzilin orta qiyməti hər kvadratmetr üçün 27500 dollar olacaq.

Reytinqin ilk 10-luğuna həmçinin Honq-Konq, London, Sen-Jean-Kep-Ferra, Paris, Sidney, Palm-Biç, Mayami və Los-Anceles daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi