Modern.az

Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Aktual

14 Aprel 2025, 16:54

Abşeron yarımadasında aprelin 15-də küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir. 

Yağıntı aprel ayının 17-dək davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi