Milli Şura həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı olan təzyiqlər və onun hüquqlarının müdafiəsi ilə bağlı bəyanat qəbul edib.
Bəyanatda deyilir ki, 31 yanvar 2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində dünya hüquq praktikasında analoqu olmayan və sağlam hüquqi düşüncə ilə izah edilə bilməyəcək hadisələr baş verib. Hakim Sənan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində keçmiş səhiyyə naziri, akademik Əli İnsanov məhkəmədə danışmaq, vəkili ilə məsləhətləşmək və özünü müdafiə etmək hüquqlarından məhrum ediilib.
“Əli İnsanovun son məhkəmə iclasında salındığı şüşə qəfəsdən dünya praktikasında geniş istifadə olunsa da, heç yerdə, təqsirləndirilən şəxsin danışmaq və özünü müdafiə etmək hüququ məhdudlaşdırılmır və hakimin iradəsindən asılı vəziyyətə salınmır. Bakı Şəhər Məhkəməsindəki prosesdə isə şüşə qəfəsdə yerləşdirilmiş mikrofon hakim tərəfindən idarə olunur və hakim Sənan Hacıyev istədiyi vaxt mikrofonu söndürməklə keçmiş səhiyyə nazirini danışmaq və özünü müdafiə etmək hüququndan məhrum edirdi. Eyni zamanda, məhkəmə zalına yerləşdirilmiş kimliyi bəlli olmayan mülki şəxslər fasilə zamanı Əli İnsanovun saxlandığı şüşə qəfəsə yaxınlaşıb onunla məsləhətləşmək istəyən vəkil Toğrul Babayevə qarşı zor tətbiq etməklə onu bu imkandan məhrum etdilər”.
Milli Şurası hakimiyyəti Əli İnsanova qarşı həyata keçirilən bu siyasətə son qoymağa çağırıb.
Milli Şura Gültəkin Hacıbəyliyə qarşı təzyiqlərin dayandırılmasını da tələb edir və etiraz bəyanatı verib.
Bəyanatda deyilir, Milli Şuranın Koordinasiya Şurasının üzvü və Beynəlxalq Münasibətlər Komissiyasının sədri Gültəkin Hacıbəyliyə qarşı hakimiyyətin 2011-ci ildən bəri başlatdığı təqib kampaniyası getdikcə daha dayandırılmalıdır.
“Öncə hakimiyyətin təzyiqləri nəticəsində çalışdığı Qafqaz Universitetindəki işindən ayrılmalı olan Milli Şura üzvünə qarşı sonradan böhtan kampaniyası təşkil edilib. Ardınca Nəsimi Rayon Məhkəməsi G.Hacıbəylinin 9 yaşlı övladının faktiki olaraq ondan ayıraraq 9 il ərzində övladı ilə bir dəfə maraqlanmayan və hətta aliment ödəməyən atasına verilməsi ilə bağlı qərar qəbul etdi. Daha sonra uydurma və iddia müddəti 8 il əvvəl bitmiş pul tələbi əsasında Gültəkin Hacıbəylinin dəyəri hətta saxta iddia tələbindən dəfələrlə çox olan bütün əmlakına həbs qoyuldu. Bu o zaman baş verirdi ki, bir milyon dollar pul alması ilə bağlı dələduzluq cinayəti məhkəmə tərəfindən sübuta yetirilmiş Gülər Əhmədovanın heç bir əmlakına həbs qoyulmamışdı”.
Milli Şura bəyan edib ki, Gültəkin Hacıbəyliyə qarşı təqibin növbəti mərhələsi isə ona qarşı Yasamal Rayon Məhkəm
“əsində Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət təqibinin başlanmasıdır. Gültəkin Hacıbəyli məhkəmədə açıq mətnlə hədələnir, təhdid və təhqir edilir. Hakimin şərait yaratması nəticəsində "xüsusi itihamçıların" səsləndirdiyi bu hədələr tərəfimizdən hakimiyyətin Gültəkin Hacıbəyliyə qarşı təhdidi kimi qiymətləndirilir”.
Milli Şura hakimiyyətdən Gültəkin Hacıbəyliyə qarşı olan təqiblərə son qoymağı tələb edib.
Modern.az