Modern.az

"Aqrolizinq"in vəzifəli şəxsinə cinayət işi açıldı

"Aqrolizinq"in vəzifəli şəxsinə cinayət işi açıldı

3 Fevral 2014, 18:32

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Aqroservis filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumatlar araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırmalarla cəmiyyətin Şəki rayon Aqroservis filialının vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməməsi, əhaliyə göstərilən xidmətlərə görə onlardan yığılan pul vəsaitlərinin kassaya mədaxil edilməməsi, həmçinin yol verilmiş digər qanun pozuntuları nəticəsində dövlətə külli miqdarda ziyan vurmalarında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU