Modern.az

Palata 155 milyon manat həcmində səmərəsiz xərclər müəyyən etdi

Palata 155 milyon manat həcmində səmərəsiz xərclər müəyyən etdi

Aktual

15 Aprel 2025, 12:27

Hesablama Palatası ötən il başa çatdırılmış auditlərdə 155.4 milyon manat həcmində səmərəsiz xərclər müəyyən edib.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat"ında əksini tapıb.

Qeyd olunub ki, sözügedən vəsaitin 34.7 milyon manatı mal, avadanlıq və obyektin istifadəsiz qalması və ya digər tərəfin istifadəsinə verilməsi, 29.2 milyon manatı, qənaət imkanlarından istifadə edilməmə, 20.2 milyon manatı funksional fəaliyyətə aid olduğu halda 3-cü tərəfə ötürülmə, 71.3 milyon manatı isə digər səmərəsiz istifadə hallarına aid olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi