Modern.az

Qorbaçova “Cəllad” deyən qadın danışdı

Qorbaçova “Cəllad” deyən qadın danışdı

4 Fevral 2014, 00:42

Sona Həşimova: “Dedim, siz Azərbaycanda baş verənlərə görə həm də cinayət məsuliyyəti daşıyan adamsınız...”

Qorbacova ?C?llad? dey?n qad?n ?Yeni Musavat?a dan?sd?

SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçovanın memuarları toplanmış “Mən ümid edirəm ki...” kitabında yenidənqurma prosesi və onun gətirdiyi problemlərlə bağlı xatirələri yazılıb. 

Kitabda Raisa Qorbaçovanın həmin dövrdə baş qaldırmış Qarabağ problemi, erməni-azərbaycanlı münasibətləri, 20 yanvar qırğını və Mixail Qorbaçovun həmin proseslərə münasibəti ilə də bağlı da maraqlı detallar var. 

Modern.az saytı kitabda Azərbaycanla bağlı qeyd olunan məqamları oxuculara təqdim edib. Maraqlı məqamlardan biri azərbaycanlı qadının Qorbaçovu cəllad adlandırması və bu sözü onun üzünə deməsidir. 

Qeyd edək ki, bu qadın əslən Qubadlı rayonundan olan Sona Həşimovadır. Sona Həşimova Türkiyədə ilk azərbaycanlı rektor, Giresun universitetinin rektoru Aygün Attarın bacısıdı.

Musavat.com Sona Həşimovanı tapıb. Kommunist Partiyasının 28-ci qurultayına hazırlıq çərçivəsində şəhər partiya komitələrinin birinci katibləri ilə görüşə qatılmış Sona Həşimovanın sözlərinə görə, qurultaya nümayəndələrdən biri olub:

“1990-91-ci illər idi. Onu daim mühafizəçiləri müşayiət edirdi. Gözlədim, içəri girəndə onlar arxada qaldılar. 
Mən iclas zalında qapının yanında durub gözlədim, içəri girən kimi qabağına gedib fikrimi bildirdim. Dedim siz bu iclasa rəhbərlik etməyi haqq etmirsiniz. Siz cəlladsınız! Azərbaycanda bu qədər qan tökülür, bunu görmürsünüz? Yanındakılar istədilər mənə mane olalar, ancaq Qorbaçov dedi ki, qoyun, sözünü desin. O, mənə əlini uzatdı, dedim ki, sizin əlinizi tuta bilmərəm, sizin əliniz xalqımın qanına batıb. Utanın! O susdu, dedim ki, məni dinləsin, ürəyimdə ona deyəcəklərim var. Dedim ki, siz həm də baş verənlərə görə cinayət məsuliyyəti daşıyan adamsınız. Onun rəngi ağardı. Dediyim sözlərdən bunlar yadımdadır”.

Sona xanım Hazırda rayonların birində yas yerində olduğu üçün onunla canlı görüşə, fotolarını çəkə bilmədik. Lakin bizim xahişimizlə Sona xanımın yaxınları onun pasportundakı fotosunu bizə yolladı. S. Həşimova müxbirimizlə zarafat da edib: “İndi yaşlaşmışam. Ona görə yeni şəkillərimi göndərmirəm”.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU