Modern.az

Havaya görə dərsə davamiyyət NECƏDİR? 

Havaya görə dərsə davamiyyət NECƏDİR? 

Təhsil

15 Aprel 2025, 12:58

Ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir.

Modern.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Qeyd edək ki, aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkənin əksər rayonlarında hava şəraiti yağıntılı keçir, yağıntılar bəzi yerlərdə intensiv leysan xarakterlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı