Modern.az

"Ermənistan atəşkəsi pozmaqla bir yerə çata bilməz"

"Ermənistan atəşkəsi pozmaqla bir yerə çata bilməz"

15 Aprel 2025, 15:16

“Ermənistanın ağlını başına toplaması lazımdır”.

Modern.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sədri Hulusi Akar “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda keçirilən TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik komitələri sədrlərinin ikinci iclasında jurnalislətə açıqlaması zamanı söyləyib.

O bildirib ki, “Tək Vətən” hərəkatı ilə Qarabağda Zəfər qazanılıb və işğal edilmiş torpaqlar öz azadlığına qovuşub:

“Şuşada üçrəngli Azərbaycan bayrağı dalğalanır. Ermənistan ən qısa zamanda bu gerçəkləri qəbul etməlidir və Azərbaycanın uzatdığı barış əlini tutmalıdır. Tez zamanda sülh sazişi imzalanmalıdır. Bölgəyə tezliklə sülh gəlməlidir. Məqsədimiz budur. Ermənistan tərəfindən Azərbaycan sərhədlərində atəşkəsin pozulması halları boş səylərdir. Bununla bir yerə çatmaq olmaz”.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu