Modern.az

TÜRKSOY Qənirə Paşayeva və nazir müavininə medal verdi

TÜRKSOY Qənirə Paşayeva və nazir müavininə medal verdi

4 Fevral 2014, 10:44

Ankarada – TÜRKSOY-un Baş Qərargahında düzənlənən törənlə, TÜRKSOYun çalışmalarına vermiş olduqları dəstək nəzərə alınaraq, Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşeyeva və mədəniyət və turizm nazirinin I müavini Vaqif Əliyevə TÜRKSOY-un  “20-ci il”  medalı təqdim edilib.   

TÜRKSOY baş katibi Düsen Kaseinov, TÜRKSOY-un quruluşunun 20-ci ildönümü xatirəsinə, Türk Dünyası mədəniyyət, sənət və elm sahəsində üstün xidmətlər göstərən şəxslər üçün hazırlanan medalın Azərbaycanlı millət vəkili Qənirə Paşayevaya və nazir  müavini Vaqif Əliyevə təqdim etməkdən son dərəcə məmnun olduğunu deyib, onlara xidmətlərinin davamını arzu edib.

Törəndə çıxış edən millət vəkili Q.Paşayeva, təltifdən çox məmnun olduğunu, şərəf duyduğunu dilə gətirərkən, bu şərəfin özü ilə bərbər məsuliyyət də gətirdiyini qeyd edib: “Mən TÜRKSOYun könüllü əsgəri, belə demək olarsa, elçisiyəm. TÜRKSOY kimi müqəddəs ad və amal daşıyan bir qurum bütün türk insanı, ilk növbədə hər bir türk aydını üçün əzizidr, doğmadır. Bu medalı gözəl duyğularla daşıyacağam. Bir daha təşəkkür edir, etimadınızı doğrultmağa çalışacağıma söz verirəm!”.

Mədəniyyət və turizm  nazirinin  1-ci müavini Vaqif Əliyev də çıxış edərək Azərbaycanın TÜRKSOY-un fəaliyyətinə verdiyi önəm və dəstək barədə danışıb və bildirib ki, bu dəstək bundan sonra da hər zaman yüksək səviyyədə davam edəcək. 




Modern
.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU