Modern.az

ADY-dən ayrılan department müdirinə yüksək vəzifə verildi

ADY-dən ayrılan department müdirinə yüksək vəzifə verildi

Aktual

16 Aprel 2025, 11:07

“Azərbaycan Dəmiryolları” QSC-nin Təchizat departamentinin müdiri vəzifəsindən ayrılan Emil Pənahovun yeni iş yeri məlum olub.

Modern.az-ın məlumatına görə, o, bundan sonrakı fəaliyyətini “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi”ndə (AZCON) davam edəcək.

Emil Pənahov sözügedən qurumda təchizat işlərinə rəhbərlik edəcək.

Qeyd edək ki, Emil Pənahov 2023-cü ildən ADY-də fəaliyyət göstərib və bu ay karyerasında yeni mərhələyə başlamaq üçün qurumdan ayrılıb. O, ADY-nin inkişafına mühüm töhfələr verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi