Modern.az

Elşad İskəndərov: “Cəmiyyətdə dini və mədəni dözümlülük əsas şərtdir”

Elşad İskəndərov: “Cəmiyyətdə dini və mədəni dözümlülük  əsas şərtdir”

4 Fevral 2014, 11:25


Modern.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Türkiyənin Fatih Sultan Mehmet Vakıf Universitetinin (FSMVU) Sivilizasiyaların Alyansı İnstitutunun dəvəti ilə dünən İstanbulda Sivilizasiyaların Alyansı ilə bağlı elmi-praktik konfransda çıxış edib. Konfransda həmçinin BMT Sivilizasiyaların Alyansı uzrə Ali Nümayəndəsi cənab Nasir Abdulaziz Al-Nasser, Türkiyə Respublikası Baş nazirinin sivilizasiyaların alyansı üzrə baş müşaviri cənab Prof. Bekir Karlığa və Türkiyənin mədəniyyətlər və dinlər arası dialoq sahəsində fəaliyyət göstərən elm adamları iştirak ediblər.

Komitə sədri çıxışında müasir dünyada mədəniyyətlər və dinlərarası dialoq prosesinin vacibliyini vurğulayaraq, sivilizasiyaların alyansı məfhumunu meydana gətirən zərurətlərə toxunub. Zəngin mədəni və tolerantlıq irsinə malik Azərbaycanın bu sahədəki pozitiv təcrübəsi haqda məlumat verən komitə sədri Azərbaycan dövlətinin BMT Sivilizasiyaların Alyansına yaxından dəstək verdiyini və bu sahədə ortaq layihələrin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib.: “İlham Əliyevin Azərbaycandakı müxtəlif dinləri təmsil edən icmaların fəaliyyətini daim diqqətdə saxladığını və Azərbaycandakı tolerantlıq mühitinin qorunması və həmçinin dünyada tanıdılması ilə bağlı göstərişlər verir. XXI əsrdə bəşəriyyətin üzləşdiyi qlobal problemlər zəminində dini və mədəni dözümlülüyün tərənnüm olunması əsas şərtlərdəndir. Bu sahədə Azərbaycanın hətta bir çox Avropa ölkəsinə örnək ola bilər”-detə komitə sədri vurğulayıb.

Sonda E. İskəndərov BMT Sivilizasıyaların Alyansı üzrə Ali Nümayəndəsi cənab Al-Nasserə və professor Bekir Karlığaya dinlər və mədəniyyətlər arası dialoqa verdikləri tövhə üçün Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun xüsusi plaketlərini təqdim edib.

 

 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU