Əgər indiki danışıqlar prosesində siyasətçilər ümumi razılığa gələ bilməsələr Ukrayna prezidenti növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsinə hazırdır. Bu halda növbədənkənar seçkilər ölkədəki böhran vəziyyətindən çıxış üçün yeganə vasitə olacaq.
Modern.az saytının məlumatına görə, bunu Yanukoviçin sözləri kimi onun Ali Radadakı nümayəndəsi Yuri Miroşniçenko deyib. Onun sözlərinə görə, etiraz edənlərə qarşı güc variantı müzakirə olunmur. Bu yaxınlarda Regionlar Partiyasının parlament fraksiyası ilə görüşən Yanukoviç də deyib: “Bizim güc tətbiq etməklə administrasiya binalarını, hətta Maydanı azad etmək imkanımız var. Amma mən heç vaxt buna getməyəcəyəm, çünki onlar da bizim vətəndaşlarımızdır”.
Miroşniçenko deyib ki, ölkədə fövqəladə vəziyyət də elan olunmayacaq.
Modern.az