Modern.az

Kral Suriyada döyüşənlərin cəzalanması qərarını verdi

Kral Suriyada döyüşənlərin cəzalanması qərarını verdi

4 Fevral 2014, 11:31

Səudiyyə Ərəbistanı kralı Abdullahın verdiyi bir əmirlə ölkədən xaricdə müharibəyə gedən təbəələr bundan sonra 3-dən 20 ilədək həbs cəzası alacaq. Modern.az-ın məlumatına görə, bu qərar muzdlu döyüşçü toplayan təşkilat və şəxslərə də şamil ediləcək.
Kralın qərarını şərh edən rəsmilər əmrin İslam qaydalarına tam uyğun gəldiyini və ölkənin təhlükəsizliyi naminə edildiyini vurğulayırlar. Belə ki, son dövrdə Suriyada müxalifət tərəfdə döyüşən hərbi qruplaşmalarda xeyli Səudiyyə Ərəbistanı təbəəsini olduğu və muzdluların məhz bu ölkədən maliyyələşdirilməsinə dair ittihamlar daha gur səslənir.  


Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU