Modern.az

“Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaranması xaosla nəticələnə bilər”

“Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaranması xaosla nəticələnə bilər”

4 Fevral 2014, 12:21

Avropa Şurasının Azərbaycan hakimiyyətinə tövsiyələrindən biri  də böyük şəhər bələdiyyələrinin yaradılmasıdır. Ekspertlər hesab edirlər ki, Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılması üçün mümkün şərait var. Lakin indiyədək bu məsələ reallaşmamış qalır. Bunun səbəbləri barədə  Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev Modern.az saytına danışıb. Onun sözlərinə görə, böyük şəhər bələdiyyələrinin yaradılması üçün vaxt lazımdır:

“Sözügedən qurumların yaradılması üçün ilk növbədə bələdiyyələr təkmilləşib formalaşmaqla bərabər onların maliyyə ehtiyatları da artmalıdır”.

Komitə üzvü qeyd edib ki, böyük şəhər bələdiyyələri yaradılsa belə, onların işləmə mexanizmləri olduqca çətin prosesdir və indiki şəraitdə bunu həyata keçirmək problemlər yarada bilər.

“Böyük şəhər bələdiyyələrinin səlahiyyətlərini, funksiyalarını yerinə yetirmək məsələsi çətindir. Bu, çox mürəkkəb idarəetmədir”, - deyən T.Rzayev bir daha vurğulayıb ki, adıçəkilən orqanların yaradılmasından ötrü təkmilləşmə getməlidir. Millət vəkili onu da bildirib ki, yerli bələdiyyələr özlərini doğrultmadan böyük şəhər bələdiyyələrinin yaradılması düzgün addım olmaz:

“Azərbaycandakı bələdiyyələr tam qüvvə yığmalıdırlar. Ondan sonra böyük şəhər bələdiyyələri yaratmaq məsələsini gündəmə gətirmək olar. Zənnimcə, indiki şəraitdə böyük şəhər bələdiyyələrinin yaradılması tezdir. Təkmilləşmə getmədən və əsaslı islahat aparmadan belə işlərə getmək xaos yaradar, bələdiyyələrin fəaliyyətinə ciddi ziyan vura bilər”.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU