Modern.az

ABŞ İranda səfirlik açır? - Tehrandan REAKSİYA

ABŞ İranda səfirlik açır? - Tehrandan REAKSİYA

Aktual

16 Aprel 2025, 16:28

İran hökumətinin sözçüsü Fatma Mühacirani ABŞ-ın Tehranda səfirlik açıb-açmayacağı ilə bağlı açıqlama verib.

Modern.az xəbər verir ki, Fatma Mühacirani ABŞ-ın İrana sərmayə qoyacağı və Tehranda səfirlik açacağı iddialarını cavablandırarkən deyib:

"Hazırda ABŞ səfirliyinin yenidən açılması vacib deyil, məsələ hələ çox təzədir və bu sualın cavabının hazırda heç bir mənası yoxdur. Xarici investisiya məsələsinin də öz proseduru var və bütün ölkələr üçün eynidir. İstənilən sərmayə, bunu kimin yatırmasından asılı olmayaraq, ölkənin qanunları və “qırmızı xətlər”i çərçivəsində həyata keçirilməlidir".

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı