Modern.az

Şaxtalı və anomal hava şəraiti davam edəcək

Şaxtalı və anomal hava şəraiti davam edəcək

4 Fevral 2014, 12:52

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, fevralın 5-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz olacaq. Lakin gecə saatlarında bəzi yerlərdə az qar yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb külyi əsəcək.

Fevralın 5-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Fevralın 5-də Azərbaycanın rayonlarında hava gün ərzində əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında az qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 16-21 dərəcə şaxta, gündüz 5-19 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq.

 

 

 

Modern.az

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU