Modern.az

ABŞ bu ölkəyə 14 zərbə endirdi

ABŞ bu ölkəyə 14 zərbə endirdi

Dünya

17 Aprel 2025, 00:49

ABŞ silahlı qüvvələri husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Sənaya 14 hava zərbəsi endirib.

 

Modern.az xəbər verir ki, paytaxtın Sabeyn rayonu hücuma məruz qalıb. Bundan əlavə, Yəmənin şimalındakı Əl-Cəvf əyalətində də zərbələr qeydə alınıb.

 

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

 

Qeyd edək ki, martın 15-də ABŞ Prezidenti Donald Tramp ABŞ ordusuna husilərə qarşı zərbə endirmək əmri verdiyini bildirib. O vaxtdan bəri Amerikanın Yəmənin husilərin nəzarətində olan ərazilərinə hər gün hücumları baş verir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu