Ötən ilin noyabr ayında Gürcüstanın baş nazir postunun tərk edən milyarder Bidzina İvanişvili bu gün şəxsi “Vətəndaş” qeyri-hökumət təşkilatının prezentasiyasını keçirib.
Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, keçmiş baş nazirin sözlərinə görə, onun əsas məqsədi vətəndaşların işə götürülməsi ilə bağlı hökumətin fəaliyyətini nəzarətdə saxlamaqdır. İvanişvili qeyd edib ki, onun istefasından sonra ümumilikdə Gürcüstan rəhbərliyi “sağlam prosesləri inkişaf etdirir”, amma cəmiyyət hakimyyətə səhv etmək haqqı verməməlidir. Onun fikrincə, cavabdeh vətəndaşlar büdcənin müzakirəsində iştirak etməli və müdafiəyəyə, yoxsa sağlamlığa daha çox subsidiya lazım olduğuna qərar verməlidirlər.
“Vətəndaş”ın rəhbəri obyektiv KİV-in inkişafı və yeni analitik mərkəzlərin yaraılması üçün qrantlar ayrılacağına da vəd verib. Amma əsas diqqət iqtisadi araşdırmaların situmullaşdırılmasına veriləcək. İvanişvilinin iştirakı ilə ötən ilin sonlarında İnvestisiyalara Dəstək Fondu yaradılıb.
Sosioloji sorğuya görə, bu gün Gürcüstan vətəndaşları üçün İvanişvili ən nüfuzlu personadır.
Modern.az