Modern.az

İran prezidenti yenə Azərbaycan dilində şeir dedi - VİDEO

İran prezidenti yenə Azərbaycan dilində şeir dedi - VİDEO

Mədəniyyət

17 Aprel 2025, 14:52

İran prezidenti Məsud Pezeşkian növbəti dəfə Azərbaycan türkcəsində şeir oxuması ilə gündəmə gəlib.

Modern.az  xəbər verir ki, bu barədə İran KİV-nə istinadla məlumat yayıb.

Pezeşkian şeiri "İran çempionu” mərasimində səsləndirib.

Mərasimdə ötən ilin ən yaxşı idmançıları mükafatlandırılıblar.

Məsud Pezeşkian tədbirdə Şəhriyarın "Heydərbaba"sından bir neçə misra oxuyub.

Mərasimin sonunda İranın "İdman qəhrəmanları"nın imzası olan 12 nömrəli köynək prezidentə hədiyyə edilib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?