Modern.az

Putin Araqçı ilə görüşdü 

Putin Araqçı ilə görüşdü 

Dünya

17 Aprel 2025, 20:45

Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan İranın xarici işlər naziri Abbas Araqçı ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

İran XİN başçısının gündəliyinə ikitərəfli və regional əməkdaşlıq, eləcə də beynəlxalq arenada birgə fəaliyyət məsələlərinin müzakirəsi daxildir.

 

Eyni zamanda danışıqlarda Tehranla Vaşinqton arasında İranın nüvə proqramına dair müzakirələrin də diqqət mərkəzində olması gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu