Modern.az

ADU-nun Mətbuat xidmətinin 5 yaşı oldu

ADU-nun Mətbuat xidmətinin 5 yaşı oldu

Təhsil

4 Fevral 2014, 16:00

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin yaranmasının 5 ili tamam olur. Modern.az-ın xəbərinə görə, ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsi 2008-ci ilin dekabrından fəaliyyətə başlayıb. Rəsmi olaraq şöbənin yaradılması haqqında universitet rektoru, millət vəkili, professor Səməd Seyidov tərəfindən 2009-cu ilin fevral ayının 4-də sərəncam imzalanıb.
İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinə Zeynəb Kazımova rəhbərlik edir.

Şöbə yarandıqdan etibarən öz işini bir neçə istiqamətdə qurub. Şöbənin tərkibinə Mətbuat xidməti, Protokol xidməti, “Poliqlot” qəzeti redaksiyası və universitetin veb-saytı ilə iş daxildir. Şöbə eyni zamanda, ADU-nu sosial media vasitəsilə təbliğini aparır. Facebook səhifəsi olan “AUL Press Service” səhifəsi vasitəsi ilə universitetin fəaliyyətindən KİV-də yayımlanan gündəlik xəbərləri, videosüjetləri və fotoşəkilləri səhifəyə yerləşdirir.

 “Poliqlot” qəzetinin redaksiyası da xidmətin tərkibinə verilibr. Azərbaycan Dillər Universiteti fəaliyyətə başladığı ilk vaxtlarda “Bilik“ adlı qəzet nəşr edilib. 1993-cü ilin əvvəllərində adıçəkilən qəzetin fəaliyyəti çox zəifləyib və sonralar nəşrini dayandırıb.  Belə ki, professor Səməd Seyidov universitetə rektor təyin olunduqdan sonra, yəni 2000-ci ilin dekabrından etibarən qəzet universitetin adına uyğun olaraq, “Poliqlot“ adı ilə nəşr olunub. Rəngli nəşr olunan qəzet 1500 tirajla buraxılır. Universitetlər içərisində ilk dəfə məhz ADU-nun rəsmi mətbu orqanı olan “Poliqlot” qəzeti 22 oktyabr 2009-cu ildə Azərbaycan Mətbuat Şuraşına üzv qəbul olunub.

Ölkənin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq məhz ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsi 2009-cu il iyulun 7-də KİV nümayəndələri üçün “2008-2009-cu tədris ilinin yekunlarına həsr olunmuş brifinq” təşkil edim.  Bu respublikamızda hər hansı bir ali təhsil müəssisəsi tərəfindən ilk dəfə irəli sürülən bir təşəbbüs oldu. KİV-in böyük diqqət və marağına səbəb olan bu addım ilk dəfə məhz ADU-da reallaşdı.

Azərbaycan ali təhsil müəssisələri içərisində ilk dəfə olaraq ADU-nun Mətbuat xidmətinin təşəbbüsü ilə 2009-cu il oktyabrın 22-də “Ali təhsil müəssisələrində Mətbuat xidməti: işin təşkili, reallıqlar, perspektivlər” mövzusunda dəyirmi masa təşkil edilib və bu tədbir ölkə KİV-də geniş işıqlandırılıb.

Şöbənin həyata keçirdiyi tədbirlər sırasında 2010-cu ildə   şöbənin yaranmasının 1 illiyinə və “Poliqlot” qəzetinin yaranmasının 10 illik yubileyinə həsr olunmuş tədbiri  də misal çəkmək olar.  Yubiley tədbirində ölkənin aparıcı media qurumlarının rəhbərləri, müvafiq strukturlarının vəzifəli şəxsləri iştirak ediblər.  Şöbə  həmçinin tələbələr arasında ən yaxşı yazı müsabiqəsi də elan edib. Qaliblər universitet rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Keçmiş Təhsil naziri Misir Mərdanovun şəxsi imzası ilə 2009-cu ilin oktyabrında şöbəyə təşəkkür məktubu ünvanlanıb. Təşəkkür məktubunda qeyd olunub ki, ali təhsil müəssisələri içərisində məhz ADU-nun Mətbuat xidməti öz peşəkar fəaliyyətinə görə birinci yeri tutur.

2010-cu ildə Azərbaycan Dillər Universiteti “İlin Universiteti”, ADU-nun Mətbuat xidməti isə ali təhsil müəssisələrinin analoji strukturları içərisində “İlin mətbuat xidməti” adını qazanıb. 2011-ci ildə isə ADU-nun Mətbuat xidmətinin rəhbəri Z.Kazımova ali təhsil müəssisələrinin analoji strukturları içərisində ”Ilin mətbuat katibi” seçilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU