Modern.az

Trampın müşaviri Putini dəstəkləyir

Trampın müşaviri Putini dəstəkləyir

Dünya

17 Aprel 2025, 22:39

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna ətrafında gedən müharibə məsələsində Rusiya tərəfinin strategiyasını qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.

 

Zelenski qeyd edib ki, Uitkoffun Ukraynanın əraziləri ilə bağlı danışıqlar aparmaq səlahiyyəti yoxdur. 

 

"Çünki bu torpaqlar bizimdir, Ukrayna xalqına məxsusdur və təkcə bizə yox, həm də gələcək ukraynalılara. Bütün bu iddiaları cənab Putinin sayıqlamaları kimi qəbul edirik. Mən düşünməzdim ki, onun bu cür narrativləri digər ölkələrdə yaymağa davam edən nümayəndələri var. Buna görə də bu məsələyə ciddi yanaşmıram", – deyə Zelenski vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu