Modern.az

“Azəriqaz”: “Məktəblərin qazanxanaları ən qısa vaxtda qazla təmin olunacaq”

 “Azəriqaz”: “Məktəblərin qazanxanaları ən qısa vaxtda qazla təmin olunacaq”

4 Fevral 2014, 16:40

Kütləvi informasiya vasitələrində məktəblərin qazanxanalarının qazla təminatı ilə bağlı qeyri-dəqiq məlumatlar yayılmaqdadır.  “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə,ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi bu mövzuda vətəndaşların düzgün məlumatlandırılmasını özünə borc bilərək, aşağıdakıları diqqətə çatdırır: 

Nəzərə alınmalıdır ki, söhbət məktəblərin deyil, onların qazanxanalarının qazla təmin olunmasından gedir. Çünki qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə əsasən, tədris binalarında qaz cihazlarından istifadəyə yol verilmir. Yəni hər bir məktəbin qazla təmin olunması üçün ilk növbədə qazanxanasının olması vacibdir. Həmin qazanxanaya qaz verilməsinin təmin olunması üçün isə aidiyyəti qurumlar tərəfindən müvafiq sənədlər “Azəriqaz” İB-yə təqdim olunmalıdır. Əgər bütün sənədlər (məktəb binasının qazanxanasının qazlaşdırılmasına dair layihə-smeta sənədləri, qazlaşdırmaya dair texniki icra sənədləri, qaz sayğacının quraşdırılması aktı, məsul şəxsin təyin olunması haqqında əmr, qazanxananın tüstü bacasının vəziyyəti haqqında arayış və s.) qaydasında olarsa və qazanxanaya qazın verilməsi bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verərsə, o zaman müvafiq baxış keçirilməklə istənilən məktəbin qazanxanasının qazla təmin olunması “Azəriqaz” İB tərəfindən ən qısa zaman ərzində reallaşdırılır. 

Bir daha bəyan edirik ki, “Azəriqaz” İB ən qısa müddətdə istənilən qazanxanaya qaz açılmasının təmin olunmasında maraqlıdır və buna tam hazırdır. 

Sonda məktəblərin qazanxanalarına qaz verilməsinin təmin olunması istiqamətində fəaliyyətimizi əks etdirən bəzi rəqəmləri xatırlatmaq istərdik. Belə ki, 2013-cü il və cari ilin yanvar ayı ərzində ümumilikdə 180 məktəbin qazanxanasına təbii qaz verilməsi təmin olunub.  

 

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU