Modern.az

İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verdi

İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verdi

Ölkə

18 Aprel 2025, 12:46

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili ə Mövlud Çavuşoğluya başsağlığı məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, başsağlığnda deyilir:

"Hörmətli cənab Çavuşoğlu.

Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

Allah rəhmət eləsin!"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi