Modern.az

Nazirlik: Şaxtalı hava fevralın 8-dək davam edəcək

Nazirlik: Şaxtalı hava fevralın 8-dək davam edəcək

Təhsil

4 Fevral 2014, 17:19


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, son günlər Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur rejimi çoxillik normadan 7-8 dərəcə aşağıdır.
Fevralın 8-dək gecə saatlarında Bakıda və Abşeron yarımadasında şaxtalı hava şəraiti davam edəcək.

Havanın minimal temperaturu (gecə):
Fevralın 5-6-da 3-6, bəzi yerlərdə 9 dərəcəyədək şaxta, fevralın 7-8-də 1-5 dərəcə şaxta olacağı gözlənilir.

Havanın maksimal temperaturu (gündüz):

Fevralın 5-də 0-3 dərəcə isti, fevralın 6-da 0 dərəcəyə yaxın, fevralın 7-də 1-4 dərəcə isti, fevralın 8-də isə 4-7 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU