Modern.az

Qubada 7 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi

Qubada 7 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi

Hadisə

18 Aprel 2025, 14:48

Qubanın Qrız, Haput, Əlik, Cek, Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinə gedən yollarda hərəkət məhdudlaşıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, Quba-İspik-Xınalıq avtomobil yolunun 37-ci km-dən 50-ci km-ə qədər 1 metrə qədər qar yağıb. Eyni zamanda müxtəlif yerlərdə intensiv yağışlar nəticəsində yola daş, qaya parçaları tökülüb. Hazırda yolun açılması istiqamətində işlər görülür.

Adıçəkilən kəndlərə aparan alternativ yol olan Quba-Alpan-Xınalıq yolu da qar səbəbindən bağlıdır.

İntensiv yağışlar elektrik təsərrüfatına da ziyan vurub. Elektrik dirəkləri aşıb, naqillər qırılıb.

Qeyd edilən kəndlərə enerji verilişi dayanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI