Modern.az

Qadına qarşı soyğunçuluq etdi... 

Qadına qarşı soyğunçuluq etdi... 

Aktual

19 Aprel 2025, 12:50

Paytaxtın Suraxanı rayonunda talama cinayəti qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, rayonun Dədə Qorqud qəsəbəsinin sakini olan bir nəfər qadının 100 manat pulu və 700 manat dəyərində mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirilib.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərilə cinayət əməlini törətməkdə təqsirli bilinən 34 yaşlı O.Abbaszadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi