Fevralın 4-də Azərbaycan ərazisində havanın temperaturu iqlim normasından 7 dərəcə aşağı olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinindən verilən məlumata görə, ötən gün Bakı və Abşeron yarımadasında havanın minimal temperaturu 3-5 dərəcəyədək şaxta təşkil edib.
Artıq ölkə ərazisinə düşən qarın əriməsi müşahidə edilib. Qar örtüyünün hündürlüyü Lerikdə 39 sm, Lənkəranda 26 sm, Sarıbaşda 21 sm, Daşkəsəndə 15 sm, Yardımlı-Kəlbəcər 14 sm, İsmayıllı-Göygöldə 12 sm, Quba-Qəbələdə 8 sm, Şəki-Xınalıqda 6 sm, Gədəbəy-Tovuzda 4 sm, Ağstafa-Gəncədə 3 sm, Xaçmaz-Göyçayda 2 sm olub.
Xatırladaq ki, fevralın 3-də temperatur iqlim normasından 8.4 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında minimal temperatur 7, Aran rayonlarında 11, Kiçik Qafqazda 20, Böyük Qafqazda 16, bəzi ərazilərdə 20 dərəcəyədək şaxta, Şahdağda 23, Naxçıvan MR-da 10-17 dərəcə şaxta təşkil edib.
Pərvin Arzuqızı