Modern.az

Deputat neftçi gənclərlə görüşdü - FOTOLAR

Deputat neftçi gənclərlə görüşdü - FOTOLAR

5 Fevral 2014, 12:42

Milli Məclisin deputatı Fuad Muradov  “Gənclər Günü” ilə bağlı “Bibiheybətneft” Neft Qazçıxarma İdarəsində çalışan gənclərlə görüşüb.  Neftçi gənclərin təşəbbüsü ilə keçirilən bu görüşdə millət vəkili  ölkədə gənclərlə bağlı aparılan siyasətin uğurlarından və perspektivindən danışıb.

Azərbaycandakı gənclər təşkilatlarının yaradılmasının tarixini xatırladan F. Muradov bu istiqamətdə  mərhum prezident  Heydər Əliyevin əvəzsiz rolunu qeyd edib.

Ölkə prezidenti İlham Əliyevin gənclərlə bağlı siyasətini şərh  edən deputat  bildirib ki, hazırda bununla bağlı müvafiq dövlət proqramları qəbul edilib. “Prezident öz çıxışında daima gənclər siyasətinin prioritet istiqamət olduğunu vurğulayıb. Ölkədə bu istiqamətdə aparılan siyasət  gənclərin yaxşı təhsil almasına, işləməsinə və sosial tələbatlarının ödənilməsi üçün şəraitin yaardılmasına yönəlib”-deyə F.Muradov vurğulayıb. Ölkədə gənclərin sosial problemlərinin həli üçün dövlət proqramlarının davamlı olacağını  deyən F.Muradov deyib ki, həyata keçirlən işlərin uğurlu nəticələri göz önündədir.

Deputat gənclər qarşısında duran əsas vəzifələrdən  birinin vətənpərvrlik ruhunun formalaşıdırmaq olduğunu vurğulayaraq  bu sırada  Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması uğrunda mübarizənin ilk öncə gəldiyini deyib.  

Səmimi dialoq şəklində keçən görüşdə gənclər onları maraqlandıran sualları verib və təkliflərini səsləndiriblər.    









Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU