Modern.az

Maştağada dayıqızı-bibiqızı itkin düşdü

Maştağada dayıqızı-bibiqızı itkin düşdü

Aktual

21 Aprel 2025, 21:07

Bakının Maştağa qəsəbəsində iki qız itkin düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Metbuat.az-a onların valideynləri məlumat verib.

 

Belə ki, 16 aprel axşam saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər. Onlar dayı qızı–bibi qızıdırlar.

 

Qeyd edək ki, qızların itkin düşməsi ilə bağlı polisə məlumat verilib.

 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, itkin düşmə kimi axtarışa elan edilən iki yeniyetmənin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu