Modern.az

Bu gün 27 dərəcə isti olacaq

Bu gün 27 dərəcə isti olacaq

Ölkə

22 Aprel 2025, 07:36

Bakıda və Abşeron yarımadasında aprelin 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az çiskinli olacağı ehtimalı var.

 

Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 10-13, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 65-70 %, gündüz 50-60 % təşkil edəcək. 

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. 

 

Havanın temperaturunun gecə 9-12, gündüz 22-27, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır